Milli Məclisin sədri: “Ermənistan təxribatlara davam edir”

Hazırda oxunan: Milli Məclisin sədri: “Ermənistan təxribatlara davam edir”

42180

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin siyasi və təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, spiker Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramında fəal iştirak etdiyini söyləyib.

Azərbaycan Milli Məclisinin NATO Parlament Assambleyası ilə əlaqələri haqqında danışan Sahibə Qafarova deyib ki, təşkilatla sıx əməkdaşlıq mövcuddur.
 

MÖVZU İLƏ BAĞLI:

Sahibə Qafarova rusiyalı həmkarı ilə nələri müzakirə etdi? – SPİKERLƏR GÖRÜŞDÜ


Milli Məclisin sədri görüşdə Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfər barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan regionda sülh və əmin-amanlığın bərpa olunmasını istəyir, Ermənistan isə yenə təxribatlara əl atmaqda davam edir.

10 noyabr bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib və bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.
 

Söhbətdə Azərbaycana ilk dəfə səfər etdiyini söyləyən NATO Baş katibinin siyasi və təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Milli Məclisin sədrinə "Müstəqilliyin bərpası günü" münasibəti ilə təbriklərini çatdırıb, ölkəmizdə gördüyü inkişafdan məmnunluğunu ifadə edib.


O, bildirib ki, pandemiya səbəbindən səfərlərin həyata keçirilməsində çətinliklər yaransa da, onun regiona bu səfəri NATO Baş katibinin tapşırığı ilə həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin