Azərbaycanda peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb.
Səhiyyə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə bu günə qədər 365 nəfər yeniyetmə vaksinasiyada iştirak edib.
MÖVZU İLƏ BAĞLI:
Səhiyyə Nazirliyi: "Körpələrə peyvəndlər mütləq vurulmalıdır"
"Onlar arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb” – deyə nazirlikdən qeyd olunub.
Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda və hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər.
Alçina Amilqızı, Bizim.Media