İcra başçısı “Qafqazinfo”ya açıqalmasında problemin elə yerindəcə həll edildiyini diqqətə çatdırb. Adil Vəliyev bildirib ki, yaranmış vəziyyət, yəni bazarın yol hissəsinin sökülməsi ilə bağlı verilən qərar səliqə-səhmanın, nizam-intizamın yaradılması məqsədi ilə həyata keçirilib. Bu dünən İcra Hakimiyyətinin qarşısına yığışan satıcılara da deyilib və satıcılar qurumun bu mövqeyini razılıqla qarşılayıblar. Bazarın rəhbərliyi tələb olunan şərtlərin tezliklə həyata keçiriləcəyini bildirib: “Məqsəd sadəcə olaraq həmin bazarın qarşısındakı küçədə tıxacın aradan qaldırılmasını və ticarət mərkəzinin təhlükəsizlik sistemi ilə təmin edilməsini təşkil etməkdir. Bundan başqa bazarda müasir tələblərə cavab verən şəraitin yaradılmasını həyata keçirmək olub. Yol tərəfdən sökülən ticarət obyektlərinin yerinə bazarın arxa hissəsində bir neçə mərtəbəli müasir standartlara cavab verən obyekt tikiləcək. İndiki satıcılar orada yerləşdiriləcək. Məsələni bazar əməkdaşlarının diqqətinə çatdırıb izah etdikdən sonra onlar yüksək razılığını bildirərək geri qayıtdılar və ölkədə dövlət başçısının həyata keçirdiyi böyük quruculuq işlərinə dəstək olacaqlarını qeyd etdilər”.

- A-
- A
- A+
Cəmiyyət
18:08 / 23.02.2014
İcra başçısından “Razin talkuçka”sındakı vəziyyətlə bağlı- Açıqlama
Hazırda oxunan: İcra başçısından “Razin talkuçka”sındakı vəziyyətlə bağlı- Açıqlama
Hazırda oxunan: İcra başçısından “Razin talkuçka”sındakı vəziyyətlə bağlı- Açıqlama
42147
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































