Füzuli şəhərində nə qədər əhali yaşayacaq? - Komitə sədrindən AÇIQLAMA

Hazırda oxunan: Füzuli şəhərində nə qədər əhali yaşayacaq? - Komitə sədrindən AÇIQLAMA

42137

Füzuli şəhəri, ümumiyyətlə, 50 min nəfər üçün planlaşdırılır. Yəni, hesabat dövrünə - 2040-cı ilə 50 min nəfərlik şəhər olacaq.

Bizim.Media xəbər verir ki, Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bunu Füzuli şəhərinin baş planı haqqında danışarkən deyib.

Komitə sədrinin sözlərinə görə, şəhərin mərkəzi hissəsində Füzuli Memorial Kompleksi yaradılacaq.

Beş hektarlıq ərazidə İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı salınacaq. Həmçinin yüksək bir məkanda Bayraq meydanı yaradılacaq. Şəhərdə çoxmənzilli binalar inşa ediləcək.

Daha sonra həyətyanı bağ sahələri olan fərdi evlər tikiləcək. Şimal hissədən nəqliyyat dəhlizi, avtomobil yolları, dəmir yolları çəkiləcək, aeroport artıq tikilib.

“Ona görə yaşayış hissəsini şəhərin sol tərəfinə daha çox yerləşdirdik və aeroporta yaxın ərazilər daha çox məşğulluq yerləri olacaq. Burada sənaye parkı, logistika parkı var. Şəhərdə, həmçinin ekopark yaradılacaq. Şəhər ətrafında çox böyük ərazidə meşə zolaqları da olacaq. Avtovağzal, dəmir yolu vağzalı şəhərin girəcəyində yerləşəcək. Gələcəkdə böyük bir idman zonasının yaradılması, stadionun tikilməsi planlaşdırılır”, - deyə Anar Quliyev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin