Zəfər günü Şuşada şəhid olan məktəb direktoru - FOTO

Hazırda oxunan: Zəfər günü Şuşada şəhid olan məktəb direktoru - FOTO

42133

Bu gün şəhid məktəb direktoru Emin İmaməliyevin rəhbəri olduğu Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbdə onun abidə kompleksinin açılışı olub. 

Bizim.Media xəbər verir ki, Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə o da könüllü olaraq qatılıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Biz gələcəyə itirilmiş torpaqları miras qoyub ölmək istəmirik” – Şəhidin SON SƏSYAZISI


Tədris etdiyi dərslərdə şagirdlərə vətənpərvərlik ruhunun yüksəldilməsini təmin edən şəhid hərbçimiz Emin İmaməliyev özü əyani olaraq şagirdlərə ömürlük əyani nümunəyə çevrilərək dillərə dastan oldu. 

Açılışda Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon sakinləri, təhsil işçiləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Açılış mərasimində şəhidin iki azyaşlı oğlunun müşayəti ilə abidənin önünə əklil qoyulub. Tədbirdə çıxış edənlər 31 yaşlı məktəb direktorunun vətən sevgisindən, müəllim peşəsini əziz bilib şərəf və vicdanla dərsləri tədris etdiyi kimi döyüşlərdə də eyni əqidə ilə düşmənə əzmkarlıq nümayiş etdirdiyi bildirilib. 

Elvin İmaməliyev Elsəvər oğlu 1989-cu il mayın 9-da Ağstafa rayonun Qırılı kəndində anadan olub. 1995–2006-cı illərdə S.Əliyev adına Qırılı kənd tam orta məktəbində, 2006–2010-cu illərdə Azərbaycan Dillər Universitetində xarici dil müəllimliyi (fransız dili) ixtisası üzrə ali təhsil alıb. 2012-ci ildə Ağstafa rayonunun Qırılı kənd tam orta məktəbində müəllim olaraq fəaliyyətə başlayıb. 2019-cu ildə isə direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edib və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbə direktor təyin edilib. O, rayonun ən gənc məktəb direktoru olaraq tanınırdı.
 

Yeni Azərbaycan Partiyasının Ağstafa Rayon Şöbəsinin Gənclər Birliyinin sədri idi. Elvin İmaməliyev 2010–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.


Azərbaycan Ordusunun əsgəri olan Elvin İmaməliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb.

O, noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə İmaməliyev Elvin ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və  " Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Cümşüd Məmmədov, Bizim.Media – Qərb bölgəsi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin