Dilqəm Əsgərov 6 il saxlanıldığı Şuşa türməsində - “Şahbaz mənə maraqlı deyil”- FOTO

Hazırda oxunan: Dilqəm Əsgərov 6 il saxlanıldığı Şuşa türməsində - “Şahbaz mənə maraqlı deyil”- FOTO

42111

6 ilə yaxın erməni girovluğunda saxlanılan, ötən il - 44 günlük müharibədən sonra azadlığa buraxılan Dilqəm Əsgərov işğaldan azad edilən əraziləri ziyarət edib.

Bizim.Media-ya danışan Dilqəm Əsgərov təssüratlarını belə bölüşüb:
 

MÖVZU İLƏ BAĞLI:

Dilqəm və Şahbazın əsirlikdən necə azad olunmasının detalları açıqlandı


“Şuşada, Hadrutda, Kəlbəcərdə, Laçında, Füzulidə və Cəbrayılda oldum. Keçmiş kədərli günlərdən məndə əsər-əlamət qalmayıb. Şuşa həbsxanasının ətrafında əsgərlər bizi qarşıladı, söhbət etdik və çay içdik. Şuşanın özü və orada gedən yeni tikililər məni çox sevindirdi. Cəbrayılda, Hadrutda, eləcə də Xudafərin körpüsündə zövq aldım. Şuşa həbsxanasına daxil olmağa isə məsləhət görülmədi. Orada erməni vəhşiliklərinin izləri var. Ona görə də ora heç kəs buraxılmır. Amma türməyə yaxınlaşanda acı günlərim yadıma düşdü.
 

Ac qaldığım, kvaltla ayaq barmaqlarımın əzildiyi, toka verildiyim, silahın arxası ilə dişimin qırılması və 3 saat ərzində çəkilməməsi günlərimi xatırlayanda ürəyim üzüldü. Amma vurulan erməni tankının üstünə çıxanda yaddaşımdakı acı günlərin hamısı silindi”.


Ziyarətə Kəlbəcərdən və Cəbrayıldan olan dostları ilə getdiyini deyən Dilqəm Əsgərov 5 gün işğaldan azad edilən əraziləri gəzdiyini bildirib:

“Dostlarımın tərif etməsi ilə bütün əraziləri demək olar ki, gəzdik”.

Şahbaz Quliyevin də ziyarətdə olması məsələsinə gəlincə, Dilqəm Əsgərov onunla heç bir əlaqəsi olmadığını qeyd edib:
 

“O, mənim heç vaxt dostum olmayıb. Biz nə ailəvi, nə də ikimiz yaxın olmuşuq. Heç bir əlaqəmiz yoxdur və mənim üçün o, maraqlı da deyil”.


Xatırladaq ki, 2014-cü ilin iyulundan erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov ötən il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılması ilə Bakıya gətirilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin