Əlillik dərəcəsi vermək adı ilə vətəndaşların pulunu mənimsədi

Hazırda oxunan: Əlillik dərəcəsi vermək adı ilə vətəndaşların pulunu mənimsədi

42066

Qax Rayon Polis Şöbəsinə müraciət edən vətəndaşlar Rəşid adlı şəxsin guya onlara əlillik dərəcələri təyin etdirəcəyini vəd edərək aldatdığını və ümumilikdə 17 000 manata yaxın pullarını ələ keçirdiyini bildiriblər. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən, Qax rayonu Şotavar kənd sakini Rəşid Allahverdizadə saxlanılıb. 

Faktla bağlı Qax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin