2021-ci ilin 9 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 1171 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, hadisələr nəticəsində 504 nəfər həlak olub, 1043 nəfər yaralanıb.
Ötən illə müqayisədə cari ilin 9 ayı ərzində hadisələrin sayı 26 (+2.3%) fakt, yaralananların sayı 20 (+2%) nəfər artıb, ölənlərin sayı isə (504) sabit qalıb.
Təhlillər göstərir ki, yol-nəqliyyat hadisələrinin 1130-u, yəni 96.5%-i qaydaların sürücülər tərəfindən pozulması səbəbindən baş verib. Belə qayda pozuntuları əsasən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (475), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə (360), yolayrıclarını keçmə (116), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (14), sükan arxasında yatma (9) halları ilə bağlı olub.
Sürücülərlə yanaşı, piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, xüsusilə yolun nəzərdə tutulmayan yerlərdən keçilməsi hallarının davam etməsi səbəbindən cari ilin 9 ayı ərzində 483 piyada vurma hadisəsi qeydə alınıb ki, bu da respublika üzrə ümumi hadisələrin 41.2%-ni təşkil edir.
Yol qəzalarında həlak olan 504 nəfərdən (onlardan: 16 yaşına qədər qədər 39 nəfər, qadınlar 102 nəfər) 230-u piyada, 133-ü sürücü, 121-i sərnişin, 17-i velosipedçi, 3-ü isə digər hərəkət iştirakçılarıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:04 / 18.10.2021
Yol qəzalarının sayında ARTIM - 9 ayda 504 ölüm
Hazırda oxunan: Yol qəzalarının sayında ARTIM - 9 ayda 504 ölüm
Hazırda oxunan: Yol qəzalarının sayında ARTIM - 9 ayda 504 ölüm
0:00
0:00
42053
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.