Bu gün Gəncə Ağır Cinayyətlər Məhkəməsində saat 09:30- da Kəlbəcər təhsil şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırovun iddiası ilə jurnalist Ərşad İbrahimov haqqında başlanılmış cinayət işinin hazırlıq məhkəməsi olub.
Moderator.az xəbər verir ki, keçmiş təhsil şöbəsinin müdiri Məhəmməd Bağırov məhkəmədə jurnalist Ərşad İbrahimovun həbs olunması ilə bağlı vəsatət qaldırıb. Məhəmməd Bağırov vəsatətində bildirib ki güya jurnalist ona və şahidlərə təziq edir. Buna görə də haqqında həbs qəti-imkan tədbiri seçilməlidir.Bundan sonra məhkəmə prosesi saat 17:00-a qədər təxirə salındı.Amma təyin edilən prosesə Əliyev Süleyman Təhminxan oğlu və Elburus Mehdiyev şahid qismində dəvət edilmişdir.Məhkəmədə sabiq müdir tərəfindən jurnalistin həbs edilməsi üçün verilmiş olan vəsatət şahidlərin iştirakı ilə baxıldı.Hakim şahid Əliyev Süleymanı dindirərkən "sizə Ərşad İbrahimov tərəfindən ifadənizin götürülməsü üçün təzyiq edirmi" sualına şahid tərəfindən "yox" cavabı verildi.Növbəti şahid iusə sabiq TŞ-nin əmisi qızının həyat yoldaşı Elburus Mehdiyev yataq xəstəsi olduğundan gəlməmişdir.Amma notariat kontoru tərəfindən təsdiq olunmuş ərizəsində göstərmişdir ki, guya onu jurnalist ölümlə təhdid edir.Sözügedən şahid dəfələrlə istintaqa ərizə ilə müraciət edərək onun Ərşad İbarhimov barəsində vermiş olduğu ifadənin əsassız olduğunu bildirmişdir.Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri verilmiş olan vəsadəti təmin etməyərək növbəti prosesi 03.03 2014-cü il saat 10:00-a təyin etdi.
Qeyd edək ki, Məhəmməd Bağırovun adı uzun müddətdir ki, gənc kəlbəcərli qıza seks təklifindən tutmuş, korrupsiya qalmaqalınadək bir çox qaranlıq işlərdə hallanır. Hazırda Respublika Prokurorluğunda onun haqqında korrupsiya və rüşvət faktları ilə bağlı cinayət işi qaldırılıb. Bağırov isə vəzifəsindən azad olunmasında və haqqında cinayət işi qaldırılmasında araşdırmaçı jurnalist Ərşad İbrahimovu suçlu bilir.





































































































