AMEA-da şübhəli hadisə - İki günlük şirkət necə qalib oldu? - FOTO

Hazırda oxunan: AMEA-da şübhəli hadisə - İki günlük şirkət necə qalib oldu? - FOTO

41899

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Asrofizika Rəsədxanası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi "Morgan-Az2021” MMC (VÖEN- 1904850541) olub.

Bizim.Media xəbər verir ki, "Morgan-Az2021” MMC AMEA-ya ümumi dəyəri 40 min manat olan maşın və avadanlıqlar satacaq.

Araşdırma nəticəsində məlum olub ki, sözügedən şirkət tender elanından cəmi 2 gün əvvəl yaradılıb.

Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri, Suraxanı rayonu, AB Yaşayış sahəsi (Yeni Günəşli qəs.), ev 153, m. 40”-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Mövlud Tərxan oğludur.

Tender müsabiqəsilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, iyul ayında “Morgan-Az2021” MMC-nin qeydiyyatda olduğu Yeni Günəşli qəsəbəsində bənzər adlar altında onlarla MMC dövlət qeydiyyatına alınıb. (Yenisabah)

Həmin MMC-lərin bəzilərini təqdim edirik:

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin