İqtisadi rayonların adında dəyişiklik edildi - Nazirlər Kabinetindən QƏRAR

Hazırda oxunan: İqtisadi rayonların adında dəyişiklik edildi - Nazirlər Kabinetindən QƏRAR

41898

Nazirlər Kabineti bir sıra qərarlarda dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov imzaladığı sənəddə “Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” Qərara 7 nömrəli əlavə - “Azərbaycanın iqtisadi rayonlarında ekoloji vəziyyət və atmosfer havasının ekoloji əhəmiyyət əmsalları”nda aşağıdakı dəyişikliklər edilib:

“Azərbaycanın iqtisadi rayonlarında” sözləri “Azərbaycan Respublikasının ərazisində” sözləri ilə; “İqtisadi rayonlar” sütununda “İqtisadi rayonlar” sözləri “Azərbaycan Respublikasının ərazisi üzrə:” sözləri ilə əvəz edilib.

Eyni zamanda 1-ci bənddə “Səbayel” sözü “Səbail” sözü ilə, “Əzizbəyov” sözü “Xəzər, Pirallahı” sözləri ilə əvəz olunub.

“Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nin 3.1-ci bəndində verilmiş cədvəlin 12-ci hissəsinin “Ödənişin məbləği” sütununda “Abşeron və Aran” sözləri “Abşeron-Xızı, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan” sözləri ilə, “Yuxarı Qarabağ” sözləri “Qarabağ” sözü ilə və “Lənkəran, Gəncə-Qazax” sözləri “Lənkəran-Astara, Gəncə-Daşkəsən, Qazax-Tovuz” sözləri ilə əvəz olunub.

“Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları toplusu”nun 4 nömrəli cədvəlinin 2-ci hissəsinin “Respublikanın, bölgələrin adları” sütununda “Yuxarı Qarabağ” sözləri “Xankəndi şəhəri, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları” sözləri ilə əvəz olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin