Azərbaycanda işçilərin 851 min manat pulu gecikdirilibmiş

Hazırda oxunan: Azərbaycanda işçilərin 851 min manat pulu gecikdirilibmiş

0:00
0:00
41890

Bu ilin yanvar-sentyabr aylarında vətəndaş müraciətlərinin araşdırılması zamanı sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.

Bizim.Media Dövlət Əmək Müfəttişliyi Xidmətinə istinadən xəbər verir ki, gecikdirilən məbləğ 851 914 manat təşkil edir.

Görülmüş tədbirlər nəticəsində işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin edilib.

Ödənilən vəsaitin 837 636 manatı əməkhaqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub. Aidiyyəti işəgötürənlərə müvafiq məsələlərlə bağlı əmək qanunvericiliyindən irəli gələn tələblər izah olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin