İcra başçısının müharibə barədə kobud səhv edən arvadı işdən ÇIXARILDI - VİDEO 

Hazırda oxunan: İcra başçısının müharibə barədə kobud səhv edən arvadı işdən ÇIXARILDI - VİDEO 

41846

Şagird, valideyn və müəllim kollektivi qarşısında çıxış edərkən 27 sentyabr - Anım Gününə "Zəfər günü”, 44 günlük Vətən müharibəsinə isə "24 günlük müharibə” deyən direktor işdən çıxarılıb.  

Bizim.Media xəbər verir ki, 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova bir neçə gün əvvəl vəzifəsindən kənarlaşdırılıb. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq direktorun işdən çıxarılması ilə bağlı məlumat təsdiqlənib. 
 

Qeyd edək ki, B.Cəfərova saytımıza açıqlamasında bildirmişdi ki, qan təzyiqi yüksək olması səbəbindən çıxışında 44 günlük Vətən müharibəsini "24 günlük Vətən müharibəsi” kimi ifadə edib. 


Xatırladaq ki, Bənövşə Cəfərova Samux rayon icra başçısı Alı Qocayevin həyat yoldaşıdır. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin