"1 milyon dolları harada gizlədərdiniz?" - Həyəcanlı dialoq üçün 24  SUAL  

Hazırda oxunan: "1 milyon dolları harada gizlədərdiniz?" - Həyəcanlı dialoq üçün 24  SUAL  

41839

Çox insanlar bəzən bir araya gəldikdə şablon söhbətlərdən bezirlər. Azərbaycanda bir yerə toplaşanlar əsasən Qarabağ, sünni-şiə, ateizm-deizm, milyonçu məmurlar mövzusunda söhbət edirlər. Lakin bu da təkrarlananda usandırıcı olur.

Bizim.Media sönük söhbətləri canlandıran, maraqlı dialoqa çevirən sualları toplayıb.

Yoxlamağa dəyər:

1. Hazırda çalışdığınız sahədə işləmək qadağası qoyulsaydı, hansı peşəni seçərdiniz?

2. İşləməmək şansınız olsaydı, bununla razılaşardınız?

3. Ömür boyu yadınızda qalan yuxularınız olub?

4. Necə bir insanla qürur duyursunuz?

5. Olduğunuz ən gözəl məkan hansıdır?

6. Dünyanın 7 möcüzəsinə nəyi əlavə edərdiniz?

7. Hər bir insan həyatda heç olmasa bir dəfə nəyi sınaqdan keçirməlidir, yaşamalıdır?

8. Ən çox qorxduğunuz nədir?

9. Elə film, yaxud kitablar varmı ki, çoxlarının xoşuna gəlir, amma siz nifrət edirsiniz?

10. Həyatınızdakı ən xoşagəlməz hadisə?

11. Keçmişinizdə nəyi dəyişmək istərdiniz?

12. Ömrünüzün sonuna kimi yalnız bir məhsulu yemək şərti qoyulsaydı, nəyi seçərdiniz?

13. Hər gün təkrar yaşamaq istədiyiniz gününüz varmı?

14. Uşaqlığınızın ən gözəl xatirəsi?

15. Ölümə bir iliniz qalsa, həmin 365 günü necə yaşayardınız?

16. Həyatda yalnız 5 şeyə malik olmalı olsanız, onlar nələr, yaxud kimlərdir?

17. Hansı quruluşda, əsrdə yaşamaq istərdiniz?

18. Bir seçiminiz olsa, uşağınızın ağıllı, yoxsa xeyirxah olmağından hansını seçərdiniz?

19. Ailə və sevgi istisnası ilə tükənməz var-dövlət və əbədi gənclik təklifinə cavabınız nə olar?

20. Boşanandan sonra evdə eks həyat yoldaşınızın aldığı 100 min dollar uduşlu lotoreya biletini tapsanız, pulu bölərdiniz?

21. Ən gözəl insana dönüb, lakin hər öpüşdə hıçqıracağınız şərtinə razı olardınız?

22. Təsəvvür edin ki, yadplanetlilər Yer kürəsini zəbt edib və onlarla danışıqlarda vasitəçi sizsiniz. Onlar şərtlərdən biri kimi qidalanmaqlarına ildə 10 milyon insan istəyəcəklər və siz bunu "ədalətsizlik" adlandıracaqsınız. Cavab verəcəklər ki, siz heyvan və bitkiləri yeyirsiniz, çünki onlardan daha alisiniz. Yadplanetlilər də insanlardan daha alidir. Sizi yeməyimizə niyə etiraz edirsiniz? Bu suala hansı arqument gətirərsiniz?

23. Şəhərin yeganə cərrahısınız və ailəniz bu dəqiqə yol qəzasında ölüb. Səbəbkar sərxoş sürücü isə ağır vəziyyətdədir və əməliyyat olunmalıdır. Nə edəcəksiniz?

24. Tutaq ki, ölümdən sonra həyat var. Cənnət və cəhənnəmi (dini təsvirsiz) necə xəyal edərdiniz?

Sonda qeyd edək ki, sualların çoxu sınaqdan keçirilib və maraqla qarşılanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin