Bakıda yaşanan ailə dramı ilə bağlı xəbər var. Söhbət 15 yaşlı oğlanın anasını yandırması faktından gedir. Hadisə 2 iyul 2021-ci il tarixində səhər saatlarında baş verib. Yetkinlik yaşına çatmayan M.Nəsirli Binə qəsəbəsi südçülük sovxozu adlanan ərazidə yaşadıqları evdə ehtiyatsızlıqdan anası G.Nəsirovanın üzərinə əlində olan qazanın içərisindəki qaynar suyu töküb.
Nəticədə o, anasının sağlamlığına ağır dərəcəli bədən xəsarəti yetirib. İddialara görə 15 yaşlı yeniyetmə anasını atasının istəyi ilə yandırıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda intihara CƏHD EDİLİR – ANBAAN VİDEO
DİN Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, iş üzrə saxlanılan ailə başçısı C.Nəsirovun şübhəli şəxs statusuna xitam verilib və o, saxlanıldığı Xəzər Rayon Polis idarəsinin Müvəqqəti Saxlama Yerindən azad olunub.
Qeyd edək ki, hadisənin hərtərəfli araşdırılması üçün Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həm M.Nəsirli, həm də ki, ailə başçısı C.Nəsirov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. İlkin olaraq Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Aparılan istintaq araşdırmaları zamanı hadisənin həqiqətən də ehtiyatsızlıqdan baş verdiyi toplanmış materiallar əsasında sübuta yetirilib.
Bu səbəbdən Cinayət işi üzrə əməl həmin məcəllənin 126.1-ci maddəsindən 131.2 (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib.
Hadisəni törədən M.Nəsirli barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün toplanmış materiallar Xəzər Rayon Prokurorluğuna göndərilib. Lakin, həmin şəxs barədə həbs qətimkan tədbiri seçilməsi üçün təqdim edilən vəsatət rədd edilib. M.Nəsirli barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istimtaq davam etdirilir.
Alçina Amilqızı, Bizim.Media