“Mən tibbi sığorta haqqında çox şikayətlər alırdım. Daha sonra bu mənə təsdiq oldu. Bir müddət əvvəl Səidova Səbinə Qüdrət qızı adlə bir xəstə mənə müraciət etdi. Qara ciyərində problem vardı. Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyinin rəhbəri ilə danışdım, dedim, araşdırın baxın, bunlara vəsait ayrılmalıdır? Lakin bir həftə keçdi onlardan xəbər çıxmadı. İki ay yarım bu qurum bu insana yardım edə bilmədi və xanım rəhmətə getdi”.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun müzakirəsi zamanı millət vəkili Rüfət Quliyev bildirib.
Deputat həmçinin qeyd edib ki, agentlik barəsində araşdırmalar aparılmalıdır.
Daha sonra deputat bir təkliflə də çıxış edib. O, deyib ki, 103 Təxirəsalınmaz Təcili Yardım xidməti barədə yaranan narazılıqların bu xidmətin imkanlarından aslıdır.
“103 xidmətinin 129 nəfər ekipajı var. Onlar gün ərzində 500-1000 zəngi təmin edə bilirlər. Lakin onlara gündəlik 9-10 min müraciət gəlir. Bəzi avtomobillər nasazdır, çağırışa gedə bilmirlər, çatdırmırlar. Mən təklif edirəm ki, təcili tibbi yardım koronavirus xəstələrindən ayrılsın. Koronavirus xəstələrinin çağırışı üçün xüsusi qısa nömrə və xidmət ayrılsın”.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:46 / 15.10.2021
“Təcili tibbi yardım koronavirus xəstələrindən ayrılsın” - TƏKLİF
Hazırda oxunan: “Təcili tibbi yardım koronavirus xəstələrindən ayrılsın” - TƏKLİF
Hazırda oxunan: “Təcili tibbi yardım koronavirus xəstələrindən ayrılsın” - TƏKLİF
41704
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.