Deputatdan icbari tibbi sığorta ilə bağlı İRAD – “Narazılıq yaranacaq” 

Hazırda oxunan: Deputatdan icbari tibbi sığorta ilə bağlı İRAD – “Narazılıq yaranacaq” 

41700

“Hazırki bu qanun layihəsində vacib iki məsələ qoyulub. Onkoloji xəstələri olan vətəndaşlarımızın da müalicəsi xidmətə zərfinə daxil edilib. Mən bilmək istəyirəm ki, bu zərfə daxil edilən vəsait xəstənin müalicəsini tam qarşılaya biləcəkmi, yoxsa növbəti narazılıq yaradacaq”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclası zamanı Razi Nurullayev “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun müzakirəsi zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin iclası BAŞLADI - 10 məsələ müzakirə olunacaq 


“Çünki ayrılacaq vəsait dəqiqləşməyib. Bu işdə icbari tibbi siğorta özünü uğurlu göstərə bilməyəcək və narazılıq yaradacaq”. 

R.Nurullayev həmçinin xarici vətəndaşların müalicəsi məsələsinə də toxunub. 

“Mən düşünürəm ki, xarici vətəndaşlar da bu zərfdən istifadə edilməlidir. Vətəndaşlıqdan asılı olmayaraq, hər bir insanın xarici ölkədə müalicə alıb sağlamlığına qovuşmaq haqqı var”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin