Şuşanın rəmzi olan Xarıbülbül Azərbaycanın digər ərazilərində də görünməyə başlayıb.
Bizim.Media-nın redaksiyasına göndərilən Xarıbülbül fotosu Qaxda yerləşən İlisu Dövlət Təbiət Qoruğunun ərazisində çiçəkləyib.
Qarabağ Zəfərinin simvolu sayılan bu çiçək bütün Azərbaycanlılar üçün bir başqa anlam daşıyır. İndi onun digər bölgələrimizdə əyani şəkildə görünməsi yerli sakinlər tərəfindən müqəddəs duyğularla əzizlənir.
Sakinlər 44 günlük müharibədən sonra Xarıbülbülün digər bölgələrdə də çiçək açmasını Azərbaycanın müxtəlif yerlərindən olan şəhidlərimizin əziz xatirəsi, müqəddəs ruhu kimi qəbul edirlər.
Qeyd edək ki, Xarıbülbül adətən aprelin sonu mayın əvvəli Şuşada bitir. Qaxda isə bu soyuqların düşdüyü oktyabr ayına təsadüf edib.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:18 / 15.10.2021
Oktyabrda Qaxda Xarıbülbül çiçəklədi - FOTO
Hazırda oxunan: Oktyabrda Qaxda Xarıbülbül çiçəklədi - FOTO
Hazırda oxunan: Oktyabrda Qaxda Xarıbülbül çiçəklədi - FOTO
41672
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.