"Ali Attestasiya Komissiyası şəxslərin elmi dərəcədən və ya elmi addan məhrum edilməsi (elmi dərəcənin və ya elmi adın bərpası) məsələsinə əsaslı faktlar, arqumentlər göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin dissertasiya və ya elmi şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir".
Bizim.Media xəbər verir ki, bunu Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev yerli mətbuata müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda Ali Attestasiya Komissiyasının tarixində ilk dəfə olaraq 2021-ci ildə elmi dərəcədən məhrumetmə halı baş verib:
"Xarici ölkədən bizə daxil olan müraciətə əsasən azərbaycanlı alimin işini araşdırdıq. Dissertasiya işinin plagiat olduğu təsdiq edildi. Fəlsəfə doktoru elmi dərəcəsindən plagiat səbəbindən məhrumetmə barədə qərar qəbul edildi. Elmi dərəcədən məhrum edilmiş şəxs 2017-ci ildə müdafiə edərək həmin ildə təsdiq almışdı".
Lakin F.Mustafayev plagiat dsissertasiya yazan və elmi dərəcəsi ləğv olunan alimin adını açıqlamayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:39 / 15.10.2021
Azərbaycanda alimin elmi dərəcəsi ləğv olundu - SƏBƏB
Hazırda oxunan: Azərbaycanda alimin elmi dərəcəsi ləğv olundu - SƏBƏB
Hazırda oxunan: Azərbaycanda alimin elmi dərəcəsi ləğv olundu - SƏBƏB
41664
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.