Fuad Qəhrəmanlıdan Zərifə Məhəddinova açıqlaması

Hazırda oxunan: Fuad Qəhrəmanlıdan Zərifə Məhəddinova açıqlaması

41631
Xəbər verildiyi kimi, AXCP sədri Əli Kərimli öz xanım müşaviri Zərifə Məhəddinovanı vəzifəsindən azad edib. Bu addımın səbəbləri barədə AXCP-nin hər hansı açıqlaması yoxdur. Sadəcə olaraq, partiyanın mətbuat xidməti Z.Məhəddinovanın müşavir vəzifəssindən azad edilməsi haqda bir neçə cümləlik xəbər yayıb. 

Keçmiş müşavir isə mətbuata açıqlamasında bunu bu cür izah edib: “Sədrin müşaviri vəzifəsindən çıxarılmama səbəb partiya ilə müəyyən məsələlərdə razılaşmadığım məqamların olmasıdır. Müqəddəs yerlər boş qalmır. Orada çox layiqli adamlar var. Mən nə birinciyəm, nə də sonuncu...” 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı mövzu ilə bağlı musavat.com-a açılamasında deyib ki, Z.Məhəddinovanın vəzifədən çıxarılmasının səbəbləri haqda partiyanın mətbuat xidməti məlumat yayıb: "Ona görə də bu haqda geniş danışmağı lazım bilmirəm"

AXCP-dəki mənbələrdən isə musavat.com-a verilən məlumata görə, Z.Məhəddinova Əli Kərimlinin keçmiş müavini, ötən ilin oktyabrın 5-də AXCP-dən istefa verən Asəf Quliyevlə yaxın olub. Mənbənin bildirdiyinə görə, onların siyasi mövqeyi əsasən üst-üstə düşüb: "Milli Şura və digər mövzularda həmfikir olublar. Ola bilsin ki, Zərifə xanım Asəf Quliyevin güdazına gedib". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin