Bu gün Zaqatalanın 21 yaşlı şəhidi Mahmud Əhməd oğlu Xudaverdiyevin Suqovuşan döyüşlərində şəhid olduğu gündür.
Bizim.Media xəbər verir ki, Mahmud 2019-cu ilin iyul ayında ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsindən hərbi xidmətə yollanıb.
Tərtərdə hərbi xidmətdə olub. Vətən Müharibəsi başlayanda o da digər vətənpərvər Azərbaycan övladı kimi cəbhəyə, amansız düşmənə qarşı mübarizədə iştirak edib. 2020-ci il oktyabr ayının 14-də isə o, düşmən gülləsinə tuş gələrək şəhadətə yüksəlib və Zaqatalanın Dardoqqaz kənd qəbristanlığında dəfn edilib.
Bizim.Media-ya danışan şəhidin ailəsi bildirib ki, körpə vaxtı anasını itirən Mahmud analığı Nailə xanımın himayəsində boya-başa çatıb.
Nailə xanımın Mahmudu doğma balası kimi sevdiyini bildirib:
“Mən Mahmuda körpəliyindən süd vermişəm. O, mənə doğma balam kimi idi. Ailədə bütün uşaqlara özüm baxmışam. Mahmud şəhid olanda o qədər ağladım ki... Amma təsəllimiz bu oldu ki, igid balamız torpağımızı düşmən tapdağı altından xilas edərək şəhidlik zirvəsinə ucaldı”.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:58 / 14.10.2021
Bu gün şəhid Mahmud Xudaverdiyevin ANIM GÜNÜDÜR - FOTO
Hazırda oxunan: Bu gün şəhid Mahmud Xudaverdiyevin ANIM GÜNÜDÜR - FOTO
Hazırda oxunan: Bu gün şəhid Mahmud Xudaverdiyevin ANIM GÜNÜDÜR - FOTO
41622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.