AMEA Fiziologiya İnstitutunun yeni direktoru təyin edilib.
Moderator.az AMEA-nın saytına istinadən məlumçatına görə, institutunun yeni direktoru vəzifəsinə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, geologiya üzrə elmlər doktoru Ulduz Həşimova təyin olunub.
İnstitutun Elmi Şurasının iclasında yeni direktor təqdim edilib. İclasda çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə institutun prioritet elmi istiqamətlərinin müəyyənləşməsi, bu istiqamətdə elmi tədqiqatların aparılmasının əhəmiyyətindən söhbət açıb. A.Əlizadə institutun yeni binasının tikilməsi, kadr potensialının yüksək səviyyədə hazırlanması və s. istiqamətdə görüləcək işlərdən də bəhs edib.



























































































