"Azərbaycanda tələbə qıza əxlaqsız təklif edən maklerlə bağlı araşdırma aparılır”.
Bizim.Media Telegram kanallarına istinadən xəbər verir ki, bu fikirləri Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev səsləndirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı da araşdırma aparılır.
Xatırladaq ki, Azərbaycanda makler tələbə qıza əxlaqsız təklif irəli sürüb.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, tələbə qız kirayə qalmaq üçün Ruslan adlı maklerə zəng edib. Makler evin 200 manat qarşılığında kirayəyə verildiyini deyib, sonra isə qeyd edib ki, onunla münasibəti yaranarsa, qiymətdə endirim edəcək.
Ruslan, hətta qıza gələcəkdə birlikdə həmin evdə qala biləcəklərini də deyib.
Bizim.Media