Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının 12 oktyabr 2021-ci il tarixində keçirilən iclasında SOCAR-ın "2035-ci ilə kimi Korporativ Strategiya"sı qəbul edilib.
Bizim.Media xəbər verir ki, strategiya SOCAR-a daha çoxşaxəli, diversifikasiya olunmuş investisiya portfeli qurmaq imkanı verəcək.
Dördüncü Sənaye İnqilabı (Sənaye 4.0) tələblərinə uyğun olaraq hazırlanmış yeni strategiya sənədi şirkətin qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını bütövlükdə əks etdirməklə, neft-qaz sənayesində gələcək fəaliyyətin koordinasiyasını, dəyər zəncirinin inteqrasiyasının əsas istiqamətlərini müəyyən etməklə yanaşı, istehsal tsiklinin rəqəmsallaşmasına, innovasiyaların dəstəklənməsi, kadr potensialının zənginləşdirilməsi kimi sahələrin dayanıqlı inkişafına istiqamətləndirəcək.
İclas iştirakçıları eyni zamanda Müşahidə Şurasının işinin təkmilləşdirilməsi və daha effektiv fəaliyyətin həyata keçirilməsi məqsədilə SOCAR-ın Müşahidə Şurasının Koordinasiya Ofisinin yaradılması və həmin ofisə Müşahidə Şurasının üzvü Ruslan Əlixanovun direktor təyin olunması barədə qərar qəbul ediblər.
İclasda Dövlət Neft Şirkətinin fəaliyyəti istiqamətində digər və cari məsələləri ilə bağlı da geniş müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:54 / 14.10.2021
SOCAR-da YENİLİK - "Korporativ Strategiya" ilə bağlı qərar verildi
Hazırda oxunan: SOCAR-da YENİLİK - "Korporativ Strategiya" ilə bağlı qərar verildi
Hazırda oxunan: SOCAR-da YENİLİK - "Korporativ Strategiya" ilə bağlı qərar verildi
41551
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.