Mingəçevirdə silah-sursat tapılıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundanməlumat verilib.
Bildirilib ki, DİN-in ″102″ Zəng Mərkəzinə Mingəçevir şəhəri Energetiklər yaşayış massivindəki çöllük ərazidə silah-sursat olması barədə məlumat daxil olub və Şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə baxış keçirib.
Oradan 823 ədəd avtomat və 31 ədəd iri çaplı pulemyota məxsus güllələr, eləcə də 3 ədəd müxtəlif təyinatlı əl qumbarası aşkarlanıb.
Təhlükəsizlik tədbirləri də görülməklə aşkarlanmış silah-sursat ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media