Qubanın dağlıq Qrız Dəhnə kəndinin ərazisində - Quba-Xınalıq yolunun 32-ci km-də torpaq sürüşməsi baş verib.
Bizim.Media xəbər verir ki, sürüşmə yolun üst hissəsindən - kənddən 3 km aralıda başlayan yuxarı təpəlikdən kəndə doğru irəliləməyə başlayıb.
Bu gün Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev mütəxəssislərlə birgə sürüşmə ərazisinə baş çəkib.
Qeyd edək ki, hazırda Sürüşmə davam edir. Təbii hadisəyə son günlər müşahidə edilən intensiv yağışların səbəb olduğu deyilir. Aidiyyatı dövlət qurumları məlumatlandırılıb.
Aytəkin Alxaslı, Bizim.Media