Hakimliyə namizədlərin test imtahanının vaxtı AÇIQLANDI

Hazırda oxunan: Hakimliyə namizədlərin test imtahanının vaxtı AÇIQLANDI

41472

Hakimliyə namizədlərin test imtahanının vaxtı açıqlanıb.

Hakimlərin Seçki Komitəsindən Bizim.Media-ya bildirilib ki, 700-dək hakimliyə namizədlə müsabiqələr keçirilib, 44 nəfər dövlət başçısının sərəncamı ilə cari ildə müxtəlif hakim vəzifələrinə təyin edilib, hazırda 125 nəfər müsabiqənin müxtəlif mərhələsindədir.

Eyni zamanda 200-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini təqdim ediblər.

Məlumata görə, həmin namizədlərlə test imtahanı cari ilin noyabr ayının 5-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən pandemiya rejiminin tələblərinə əməl olunmaqla keçiriləcəkdir (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28). Növbəti müsabiqə üçün sənədlərin qəbulu isə fasiləsiz davam etdiriləcəkdir.

"Həmçinin namizədlərə xatırladılır ki, test imtahanı DİM tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçirilir. Namizədlərin rahatlığı üçün imtahana görə ödənişin aparılması və “İmtahana buraxılış vərəqəsi”nin əldə olunması DİM tərəfindən oktyabr ayının 25-dən etibarən dim.gov.az saytı vasitəsilə həyata keçiriləcəkdir. Müsabiqə ilə bağlı “Yaddaş Kitabçası” isə Məhkəmə-Hüquq Şurasının jlc.gov.az saytından əldə edilə bilər", - deyə komitədən bildirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin