Avtomobil kreditlərinin şərtləri dəyişir: ilkin ödəniş faizə çata bilər

Hazırda oxunan: Avtomobil kreditlərinin şərtləri dəyişir: ilkin ödəniş faizə çata bilər

41466
Azərbaycanda bir qədər əvvəl dayandırılmış avtomobil kreditləri yenidən aktivləşib. Bank dairələrindən fins.az-a verilən məlumata görə, artıq avtomobil kreditləşməsi ilə bağlı yeni qaydalar hazırlanıb. Yaxın vaxtarda tətbiq olunması nəzərdə tutulan yeni qaydalarda kreditlərin şərtləri kəskin surətdə sərtləşdirilib. Belə ki, avtomobil alınması üçün kreditlər üzrə ilkin ödənişlərin məbləği ciddi surətdə artırılaraq minimum 40%, maksimum 80% olacaq.

İlkin ödənişin məbləği avtomobilin  təzə və ya köhnə olamasından asılı olacaq. Avtomobilin istehsal tarixindən satış gününə qədər bir il keçibsə, o köhnə hesab olunacaq.

Təzə avtomobillərdə ilkin ödəniş 40-50% arasında dəyişəcək. Bu avtomobilin qiymətindən asılı olacaq. Belə ki, qiyməti 30 min manata qədər avtomobillərdə ilkin ödəniş 50%, bundan baha avtomobillərdə isə 40% təşkil edəcək.

Köhnə, yəni istehsal tarixindən bir il keçmiş avtomobillərdə isə ilkin ödənişin mbləği 80% olmalıdır. Burada avtomobilin qiymətinin əhəmiyyəti yoxdur. Qeyd edək ki, avtomobil kreditlərinin bərpasını banklar, avtomobil dilerləri və müştərilərlə yanaşı, sığorta şirkətləri də gözləyirlər. Xatırladaq ki, yanvarın ortalarından avtomobil kreditlərinin məhdudlaşdırılması sığorta şirkətlərinin işinə də təsir edib. /Fins.az/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin