SDU-da idman spartakiadası

Hazırda oxunan: SDU-da idman spartakiadası

41428

Son zamanlar Sumqayır Dövlət Universitetində (SDU)  aparılan islahatlar fonunda universitetdə  elm və təhsil sahəsi ilə yanaşı, idman sahəsində  də böyük uğurlar əldə edilməkdədir. SDU-nun mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumata görə, fevralın 5-dən etibarən idman yarışlarına start verilib:

“Sumqayıt Dövlət Universitetində fevral ayının 5-dən 14-dək əməkdaşların ənənəvi fakültələrarası (idmanın üç növü-şahmat, dama, nərd) spartakiadasına start verildi.

Fevral ayının 5-də yarışa ilk olaraq şahmatçı əməkdaşlar qatıldılar.

Baş hakim M.Vəliyevanın rəhbərliyi altında keçirilən yarışda universitetin bütün fakültələri yaxından iştirak etdilər.

Fevral ayının 10-da  baş hakim M.Kərimovanın rəhbərliyi altında baş tutan dama yarışında universitetin kişi əməkdaşları ilə yanaşı, qadın əməkdaşları da öz bacarıqlarını sınadılar.

Fevral ayının 11-12-də isə qədim və milli oyun növü sayılan nərddə mahir zər tutanlar  qalibiyyət uğrunda mübarizəni davam etdirəcəklər”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin