Prokurorluq Lənkəran rayonunda baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb.
Bizim.Media xəbər verir ki, oktyabrın 12-si saat 17 radələrində Lənkəran rayonu, Şilavar kənd sakini 1959-cu il təvəllüdlü Mirtağı Nəsirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Baş Prokurorluqdan “səyahət turları” satanlara XƏBƏRDARLIQ
Araşdırmalarla müəyyən edilib ki, Mirtağı Nəsirov yaşadığı evin yaxınlığında olan ağacdan dəmir parçasından istifadə etməklə meyvə dərərkən həmin dəmir parçası elektrik naqilinə toxunduğu üçün elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media