Avtomobillə vurduğu piyadanın boğazını kəsən sürücü SAXLANILDI 

Hazırda oxunan: Avtomobillə vurduğu piyadanın boğazını kəsən sürücü SAXLANILDI 

41366

Oktyabrın 12-i saat 18 radələrində Füzuli rayonu ərazisində 1994-cü il təvəllüdlü Ceyhun Quliyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Füzuli Rayon Prokurorluğundan məlumat verilib. 

Aparılmış araşdırmalarla rayon sakini, 1988-ci il təvəllüdlü Müşfiq Əsədovun aralarında yaranmış mübahisə zamanı Ceyhun Quliyevin üzərinə avtomobillə hərəkət edərək sonuncunu vurması, daha sonra bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Füzulidə sürücü avtomobillə piyadanı vurdu, sonra boğazını kəsdi


Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb. 

Müşfiq Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin