Baş Prokurorluq Misir Mərdanovla bağlı açıqlama yaydı

Hazırda oxunan: Baş Prokurorluq Misir Mərdanovla bağlı açıqlama yaydı

41365

Baş Prokurorluq sabiq təhsil naziri Misir Mərdanov və millət vəkili Aqiyə Naxçıvanlının istintaqa cəlb edilmələri ilə bağlı bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) yayılan məlumatlara münasibət bildirib. 

Moderator.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavab olaraq bildirib ki, bəzi ali təhsil müəssisələri tərəfindən verilmiş saxta diplomlarla əlaqədar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Sabiq təhsil naziri Misir Mərdanov və millət vəkili Aqiyə Naxçıvanlının Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılması və ifadələrinin alınması ilə əlaqədar bəzi KİV-də yayılan məlumatlar isə həqiqəti əks etdirmir.

Qeyd edək ki, bu gün bəzi KİV-də keçmiş təhsil naziri Misir Mərdanov və Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlının Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində saxta diplomların verilməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqa cəlb edilmələri barədə məlumatlar yayılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin