D18 Əli İnsanova haqda bəyanat verdi

Hazırda oxunan: D18 Əli İnsanova haqda bəyanat verdi

41343
D18 Hərəkatı həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov haqda bəyanat verib. Bəyanatda deyilir ki, 07 fevral  2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində dünya hüquq praktikasında analoqu olmayan və sağlam hüquqi düşüncə ilə izah edilə bilməyəcək hadisələr baş verib. Bakı Apelyasiya Məhkəməsində ötən məhkəmə iclasında olduğu kimi, bu dəfə  də keçmiş naziri səskeçirməz, içərisindəki mikrofon yalnız hakimin istəyindən asılı olaraq işləyən şüşə kabinəyə salıblar: "Bakı Şəhər Məhkəməsindəki prosesdə isə şüşə qəfəsdə yerləşdirilmiş mikrofon hakim tərəfindən idarə olunur və hakim  istədiyi vaxt mikrofonu söndürməklə keçmiş səhiyyə nazirini danışmaq və özünü müdafiə etmək hüququndan məhrum edirdi. Eyni zamanda, məhkəmə zalına yerləşdirilmiş kimliyi bəlli olmayan mülki şəxslər fasilə zamanı Əli İnsanovun saxlandığı şüşə qəfəsə yaxınlaşıb onunla məsləhətləşmək istəyən vəkillərinin  qarşısın  almaqla onu bu imkandan məhrum etdilər. Azərbaycan hakimiyyətindən tələb edirik ki, məhkəmənin azad keçirilməsinə maniyə yaradan hər hansısa bir təpkinin qarşısın almaq üçün ciddi addımlar atsın". 

D18 Hərəkatı hakimiyyəti Əli İnsanova qarşı həyata keçirilən bu siyasətə son qoymağa çağırıb.

Moderator.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin