Bu gün Qusarın Əniğ kəndində Vətən Müharibəsi şəhidi Amrid Zaur oğlu Yunusovun onsuz keçən ilk doğum günü qeyd olunub.
Bizim.Media xəbər verir ki, Vətən müharibəsində Xocavənd döyüşlərində mənfur düşmənlə qorxmadan vuruşarkən şəhidlik zirvəsinə yüksələn Amridin 26 yaşı kənd qəbristanlığındakı məzarı ziyarət edilməklə qeyd olunub.
Onun məzarı önünə gül çələngləri qoyulub, ruhuna dualar oxunub.
Anım mərasiminə yığışan qazilər, kənd sakinləri, Qarabağ müharibəsi veteranları, Əlilləri və Şəhid ailələri İctimai Birliyinin Qusar filialının üzvləri 26 yaşlı Amridin xatirəsini hörmətlə anıblar.
Çıxışlarda qeyd olunub ki, hərbi xidmətdən sonra qulluğunu Maxe kimi davam etdirən Amrid Yunusov nişanlı idi. Müharibədən sonra onun toyu olacaqdı. Ancaq əfsuslar olsun ki, bu ona qismət olmadı. Amridin taleyinə bəylik yox, ŞƏHİDLİK ZİRVƏSİ yazıldı.
Aytəkin Alxaslı, Bizim.Media