Apteklərdə dərmanlar sürətlə bahalaşır – SƏBƏB nədir? 

Hazırda oxunan: Apteklərdə dərmanlar sürətlə bahalaşır – SƏBƏB nədir? 

41289

Azərbaycanda dərman vasitələrinin qiymətində növbəti bahalaşma müşahidə olunur. Son 10 gündə çox işlənən dərman pereparatlarının qiymətində 1-3 manat aralığında fərq hiss olunur. Bahalaşmanın bir səbəbinin idxal edilən ölkələrin iqtisadi durumundan asılı olduğu bildirilirsə, digər səbəbi ölkədə dərman istehsalının olmaması ilə əlaqələndirilir.

İstənilən halda dərman vasitələrinin qiymətində vaxtaşırı dəyişikliklər özünü göstərməkdədir.

Xatırladaq ki, bu günlərdə millət vəkili Musa Quliyev də dərman pereparatlarının bahalaşmasına etiraz etmişdi. “Dərman vasitələri haqqında” qanuna dəyişikliklər edilməsini təklif edən deputat qanunvericilikdə dərmanların qeydiyyatının qəliz və sərt olduğunu bildirmişdi. Həmçinin yeni dərmanların ölkəyə gətirilməsinə əngəl yaradıldığını da qeyd etmişdi. 

Dərmanlar niyə bahalaşır?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, molekullar üzrə qiymətlərin təyin edilməsi daha ucuz və keyfiyyətsiz dərmanların ölkəyə gətirilməsinə səbəb olub:
 

MÖVZU İLƏ BAĞLI:

Qaçaqmalçılıqla ölkəyə daşınan təhlükə – SOS


“Nəticə etibarilə bir ara ölkədə keyfiyyətli dərmanların qıtlığı yarandı. Türkiyəyə, Gürcüstana, eləcə də digər ölkələrə gedənlərə dərman sifarişi verilirdi. İndi o vəziyyət bir qədər düzəlib. Amma qiymətlər kifayət qədər yüksəlib. 13 min adda dərman qiymətləri tənzimlənib. Ölkədə dərmanlarla bağlı keyfiyyət problemi var və qiymət bahadır. Səbəb düzgün tənzimlənmə siyasətinin aparılmamasıdır. Son 3-4 ildə kiçik şirkətlər müflisləşib bazardan çıxdılar. Nəticə etibarilə bir neçə iri şirkətin bazarda diktəsi yarandı ki, onlar da qiyməti istədikləri kimi tənzimləyə bilirlər”.

Azərbaycanda dərman istehslına niyə başlanmır? 

Bu məsələyə gəlincə, ekspert bir müddət əvvəl bununla bağlı qərarların mövcudluğunu xatırladıb:

“Dərman istehsalı ilə bağlı İran və Rusiya şirkəti ilə müqavilə bağlanmışdı. Görünən odur ki, alınmır. Ona görə mümkün deyil ki, nə Rusiya, nə də İran dərman istehsalında aparıcı ölkələrdir. Texnaloji olaraq onların da dərman pereparatlarının molekulları və xammalları idxaldan asılıdır. İranda vəziyyət bir qədər başqadır. Orada dərmanı daha ucuz analoqlar istehsal edir və keyfiyyətlə bağlı problemləri var. Rusya isə günü bu gün dərman pereparatları ilə bağlı 75 faiz xaricdən asılıdır. Bu, onu göstərir ki, dərman istehsal etmək heç də asan deyil.
 

Zavod tikməklə bitmir. Molekul istehsalı, elmi baza, labaratoriya və xammal lazımdır. Elmi baza və xammal olmasa, molekullar yenə də xaricdən gətiriləcək. O zaman da qiymət aşağı düşməyəcək”.


Ekspert hesab edir ki, qeyd olunan məsələ ilə bağlı təcili addımlar atılmalıdıdır:

“Ölkədə dərman istehsalı yoxdursa, niyə bunun gömrük rüsumu olmalıdır? Niyə şirkətlər gömrük rüsumu ödəməlidir və nəticə etibarilə də qiymətlər birbaşa 15 faiz bahalaşmalıdır? Yaxud ƏDV niyə 18 faiz olmalıdır? 15 deyil, 5, yaxud daha aşağı faiz gömrük rüsumu olsun. Əsas funksiya bazara insan sağlamlığına zərər vuracaq molokul və dərmanların qarşısını almaq olmalıdır. Bu səbəbdən bahalaşma dalğası ilə üz-üzə qalırıq”, - deyə ekspert vurğulayıb.

Sözügedən məsələ ilə bağlı Tarif Şurası və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə yaratmaq mümkün olmayıb.
 

Hər halda dərman pereparatlarının qiymətinin tənzimlənməsində birbaşa rol oynayan bu qurumların bahalşma ilə bağlı əsaslandırmaları daha maraqlı olardı.  


Qeyd edək ki, Tarif Şurası tərəfindən "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə" 30 iyun 2021-ci il tarixli Qərarı əsasında qiyməti dövlət tərəfindən tənzimlənən dərmanların sayı 12442-dən 12689-a qaldırılb. Yəni siyahıya 247 yeni dərman əlavə edilib. Bunlar əsasən Türkiyə, Ukrayna, Hindistan, Çin, Portuqaliya, ABŞ istehsalı olan dərmanlardır. Şuranın qərarı ilə 50-yə yaxın dərmanın qiyməti artırılıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin