“Demokrtiyadan “bərk-bərk” danışan KİV-də çalışanların əmək müqavilələri yoxdur”

Hazırda oxunan: “Demokrtiyadan “bərk-bərk” danışan KİV-də çalışanların əmək müqavilələri yoxdur”

41258
“Bu gün KİV-də müqaviləsiz işçilər çalışır”.

 Bunu Moderator.az saytına açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Kütləvi İnformasiya Vasitələrində müqaviləsiz çalışan işçilərlə bağlı mövcud duruma münasibət bildirərəkən söyləyib. 
Onun sözlərinə görə bu gün dövlət televiziyasından başqa demək olar heç bir yerdə əmək müqaviləsi bağlanmayıb: “Bu gün Kütləvi İnformasi vaitələri işçilərin bu cür problemlərini kütləvi şəkildə işıqlandırmalarına baxmayaraq, əfsuslar olsun ki, özləri də bu problemlə üzləşirlər. Dövlətə aid olan KİV, misal üçün AZTV-də, Azərbaycan qəzeti, Respublika qəzeti, Xalq qəzeti və s mətbu orqanlarda çalışanlarla müqavilələr var. Digər özəl informasiya agentliklərində, qəzet və jurnallarda və xüsusən də demokrtiyadan bərk-bərk danışan KİV-də çalışanların əmək müqavilələri yoxdur”.
Ümumiyyətlə əmək müqaviləsində bir sıra dəyişikliklər olunub və əmək müqaviləsindən yayınanlara qarşı hətta cinayət məsuliyyətinin tətbiqi nəzərdə tutulur”.
Hüquqşünas hesab edir ki, bu problem təkcə KİV-dəki işçi qrupuna aid deyil: “Düşünürəm ki, hətta İnzibati Xətalar Məcəlləsində də müvafiq cərimələr nəzərdə tutulsa da bu sadəcə administrativ tədbir mövqeyini  daşıyır. Bu da problemin həll edilməsində yetərli olmur. Hesab edirəm ki, müəyyən mənada maarifləndirmə aparmaq lazımdır. Eyni zamanda, işə götürənlərin koorparativ-sosial məsuliyyətinin artırılması istiqamətində də işlər aparmaq lazımdır”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin