“Hazırda Azərbaycandakı 43 aqro parkın 200 min hektara yaxın ərazisi mövcuddur, bunun da 83 min hektarında meliorasiya və su təsərrüfatı işləri aparılıb. Onun isə 60 min hektarı yeni suvarılan sahələrdir”.
Bizim.Media xəbər verir ki, bunu "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən və su infrastrukturunun davamlı inkişafına həsr edilmiş “Davamlılıq Forumu 2021” tədbirində bildirib.
Bundan başqa, onun sözlərinə görə, “2020-2022-ci illəri əhatə edən Tədbirlər Planı”na uyğun olaraq, 22 suvarma kanalının yenidən qurulmasına, 10 yeni su anbarlarının yaradılmasına başlanılıb (report).
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:22 / 12.10.2021
Azərbaycanda yeni su anbarları yaradılır
Hazırda oxunan: Azərbaycanda yeni su anbarları yaradılır
Hazırda oxunan: Azərbaycanda yeni su anbarları yaradılır
0:00
0:00
41255
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.