Nazirliyə sosial yardımla bağlı 400-ə yaxın şikayət daxil olub

Hazırda oxunan: Nazirliyə sosial yardımla bağlı 400-ə yaxın şikayət daxil olub

41237

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 nömrəli “qaynar xətt”inə müraciətlərin sayı iki dəfəyə yaxın azalıb.Moderator.az-ın lent.az-a istinadən məlumatına görə,son aylarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşlara xidmət səviyyəsinin keyfiyyətcə yüksəldilməsi, xidmət sahələrində şəffaflığın təminatı, sosial qanunvericilik barədə əhalinin geniş məlumatlandırılması istiqamətində aparılan məqsədyönlü işlər nazirliyin “qaynar xətt”inə daxil olan müraciətlərin kəskin şəkildə azalması ilə müşayiət olunub.

Cari ilin yanvar ayında vətəndaşlar tərəfindən “qaynar xətt”ə edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 780-dən 423-ə enib. Əksəriyyəti sorğu xarakteri daşıyan müraciətlərin 349-u ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət, 14-ü məşğulluq, 46-sı əlillik, 14-ü isə əmək hüquqlarının təminatı məsələləri ilə bağlı olub.

 

Müraciətlərin operativ və obyektiv cavablandırılması üçün konkret tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlara məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin