Müşviqabad məscidinin imamının saxlanılması xəbəri yayıldı

Hazırda oxunan: Müşviqabad məscidinin imamının saxlanılması xəbəri yayıldı

41211
Azərbaycan paytaxtında sələfi camaatının ən çox toplaşdığı Müşviqabad məscidinin imamı Mübariz Qaçayevin həbs olunması ilə bağlı xəbərlər yayılıb. Yayılan xəbərlərdə bildirilir ki, M.Qaçayev iki gün əvvəl MTN əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılmanın hansı səbəbdən olduğu haqda məlumat verilmir.
 
Qeyd edək ki, son günlər azərbaycanlı dindarların Suriyaya döyüşməyə yollanması ilə bağlı çağırışlar səslənib. Yerli mediada Suriyaya döyüşçülərin göndərilməsində daha çox İçərişəhərdəki Aşurbəy və Müşviqabad məscidlərinin adlarının hallandığı ilə bağlı xəbərlər verir. Ötən həftə Masallı Rayon sakini Qurbanəli Vəlişov mediaya müraciət edərək oğlanları Seymur və Həbibin məhz Müşviqabad məscidindən Suriyaya göndərildiyini iddia etmişdi. Hətta KİV nümayəndələri ilə məscidə gedən Q.Vəlişov oğullarını döyüşə göndərdiyi üçün məscidin imamı Mübariz Qaçayevi ittiham etmişdi.
 
Bundan başqa, QMİ Müşviqabad məscidinin qeyri-qanuni fəaliyyət göstərdiyini, məscidə imamın idarə tərəfindən təyin olunmadığını bəyan edib. M.Qaçayev 3 il əvvəl 2011-ci ilin aprelində də məscid icması ilə bağlı yaranan problemlərə görə polisə aparılıb. M.Qaçayevin MTN əməkdaşları tərəfindən saxlanılması son günlər məscid ətrafında yaranan iddialar, o cümlədən oğlanları Suriyaya gedən valideynin şikayəti əsasında da ola bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin