“Rəsulzadənin xatirəsi yetərincə əbədiləşdirilmir” - Fazil Mustafa  

Hazırda oxunan: “Rəsulzadənin xatirəsi yetərincə əbədiləşdirilmir” - Fazil Mustafa  

41109

“Vaxtilə Azərbaycanın tarixində rol oynayan insanların xatirələrini əbədiləşdirmədik. Nuru Paşa və Məhəmməd Əmin Rəsulzadənin də xatirəsi yetərincə əbədiləşdirilmir. Nə olardı bir muzey açıb, o zamankı sənədləri orda yerləşdirərdilər. Hazırda 1991-ci ildə müstəqillik üçün çalışanlar da öz  qiymətlərini almalıdırlar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında müzakirələr zamanı Fazil Mustafa deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisdə bu gün iki məsələ MÜZAKİRƏ OLUNACAQ 


“Hətta Məmməd Əmin 1918-ci ildə dövlətə Azərbaycan adı verəndə cənub qonşularımız  bir il Azərbaycan dövlətini tanımaqdan imtina etdi”, - deyə Fazil Mustafa bildirib. 

“Bu qanuna dəyişiklik bizim müstəqilliyimizə heç bir xələl vermir. Məncə bu “Müstəqillik Günü haqqında” qanun layihəsində dəyişiklik ətrafında lazım olmayan söz-söhbət gedir. Bu yolverilməzdir”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin