“Necə olur ki, Şuşa Sumqayıta tabe olur” - Aqil Abbas 

Hazırda oxunan: “Necə olur ki, Şuşa Sumqayıta tabe olur” - Aqil Abbas 

41054

“Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanın mədəniyyət şöbəsi yoxdur. Bu şöbə  Sumqayıt mədəniyyət şöbəsinini tərkibindədir. Necə olur ki, Şuşa Sumqayıta tabe olur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin payız sessiyasının plenar iclasında Aqil Abbas deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisdə bu gün iki məsələ MÜZAKİRƏ OLUNACAQ 


O, bildirib ki, tezliklə Şuşa mədəniyyət idarəsi yaradılmalıdır.  

“Yeni mədəniyyət naziri bu məsələyə baxıb, nəsə eləməlidir. Tezliklə, Şuşa mədəniyyət idarəsi yaradılmalıdır”. 

Aqil Abbasın çıxışına spiker Sahibə Qafarovanın reaksiyası belə olub:  

“Niyə siz düşünürsünüz ki, Şuşa mədəniyyət şöbəsi Sumqayıtın tərkibində qalacaq? Vaxtı gələndə hər bir məsələ öz həllini tapacaq”. 

Deputat Elman Məmmədov isə məsələ haqqında bildirib ki, vaxtilə Qarabağ Regional mərkəzinin yaradılması üçün eks mədəniyyət naziri Əbülfəz Qarayeva müraciət edib, lakin əfsuslar olsun ki, məsələ o zaman diqqətə alınmayıb. 
 

Xatırladaq ki, Şuşa rayon mədəniyyət evi Mədəniyyət Nazirliyinin müvafiq fərmani ilə 1956-cı ildən fəaliyyət göstərir.


2016-cı ildən Şuşa rayon Mədəniyyət evi Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb. 2017-ci ildə Şuşa rayon Mədəniyyət Mərkəzi Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində öz işini davam etdirir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin