Bu gündən Azərbaycanda daha bir qadağa QÜVVƏYƏ MİNİR - COVID-19 pasportu olmadan...

Hazırda oxunan: Bu gündən Azərbaycanda daha bir qadağa QÜVVƏYƏ MİNİR - COVID-19 pasportu olmadan...

41021

Bu gündən etibarən Azərbaycanda məhkəmə binalarına giriş COVID-19 pasportu ilə mümkün olacaq.

Bizim.Media xəbər verir ki, oktyabrın 6-da Ali Məhkəmə ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan əlavə tədbirlər haqqında yeni qərar verib.

 

"Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarını nəzərə alaraq, Azərbaycan məhkəmələrinə aşağıdakılar tövsiyə edilib.



2021-ci il 11 oktyabr tarixindən məhkəmə binalarına daxil olan, habelə qapalı məkanlarda keçirilən prosessual hərəkətlərdə bilavasitə iştirak edən bütün şəxslərdən COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) və ya Əks Göstəriş sertifikatının (COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı) olması tələb ediləcək.

Barəsində qətimkan tədbirinin seçilməsi və inzibati həbs tənbeh növünün tətbiqi məsələsi həll olunan şəxslər COVID-19 pasportu və ya Əks Göstəriş sertifikatı olmadığı hallarda onların məhkəmə iclaslarında iştirakları videokonfrans əlaqə sistemindən istifadə edilməklə, bu mümkün olmadıqda və ya həmin şəxslərin məhkəmə iclasında şəxsən iştirakı zəruri olduğu hallarda onların sanitar-gigiyenik və tibbi-profilaktik qaydalara ciddi riayət etmək şərti ilə bilavasitə iştirakları təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin