“Azərbaycan ərazilərini işğal edən ermənilər ürəklərində başa düşüblər ki, onları saxlamaq çox çətin olacaq”.
Bizim.Media xəbər verir ki, İzvestiya qəzetinin xüsusi müxbiri Natalya Portyakova bu fikirləri caliber.az-a açıqlamasında səsləndirib.
"Üstəlik, dağ ətrafındakı bu ərazilərin aktiv şəkildə inkişaf etdirilməsini ən zəngin olmayan bir ölkə necə həyata keçirə bilərdi?”, deyə o, sual verib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan danışıqlar masasında necə oturub? – Erməni müəllifin ŞƏRHİ
Onun sözlərinə görə, azərbaycanlılar və ermənilər də daxil olmaqla, müharibə aparan xalqların əksəriyyətinin bir çox ailələrdə kök salan və nəsildən-nəslə uşaqlara ötürülən mənfi münasibət sülh şəraitində yaşamağa mane olur:
“Bakı ilə İrəvan arasındakı düşmənçiliyi neytrallaşdıra biləcək ikinci məqam iqtisadi əlaqələr ola bilər”.
Bizim.Media