Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxslərin və xarici jurnalistlərin Şuşa şəhərinə səfəri təşkil edilib.
Məqsəd həm işğal dövründə Şuşada həyata keçirilmiş qanunsuz fəaliyyətlə bağlı, həm də hazırda aparılan bərpa-quruculuq işləri ilə əlaqədar onları ətraflı məlumatlandırmaqdır.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Şuşa şəhərinin rəsmi Tvitter səhifəsində yer alıb.
Mənbə yazır ki, qonaqlar əvvəlcə qala divarlarını ziyarət ediblər. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib .
Bizim.Media
Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxslərin və xarici jurnalistlərin Şuşa şəhərinə səfəri təşkil edilib. Məqsəd həm işğal dövründə Şuşada həyata keçirilmiş qanunsuz fəaliyyətlə bağlı (1/2) @AzerbaijanMFA @LAbdullayevaMFA pic.twitter.com/7EXay5l9qN
— Shusha City-Şuşa Şəhəri (@ShushaCity2021) October 8, 2021