Türkiyədə uşaq evində saxlanılan 4 uşaq Bakıya gətirildi

Hazırda oxunan: Türkiyədə uşaq evində saxlanılan 4 uşaq Bakıya gətirildi

40903

Türkiyənin Hatay vilayətinin İskəndərun uşaq evində saxlanılan azərbaycanlı 4 uşağın vətənə repatriasiyası həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, proses hökumət tərəfindən görülmüş mərhələli tədbirlər nəticəsində baş tutub.

"Belə ki, ilk öncə vətənə repatriasiyası nəzərdə tutulan uşaqların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Daha sonra İraq və Suriya Ərəb Respublikalarından AR vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam ediliblər.

Türkiyə Respublikasına ezam edilmiş nümayəndə heyəti tərəfindən uşaqların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib.

Bundan sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş biletləri ilə təmin ediliblər.
 

2021-ci ilin 9 oktyabr tarixində Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası təmin edilib.


Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub”, - deyə açıqlamada bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin