Bu şəxslərə 3-cü doza vaksin vurula bilməz – XƏBƏRDARLIQ 

Hazırda oxunan: Bu şəxslərə 3-cü doza vaksin vurula bilməz – XƏBƏRDARLIQ 

40839

“Delta” ştammının bütün dünya, eləcə də Azərbaycanda sürətlə yayılması 3-cü doza vaksinin vurulmasını aktual edib. Bu səbəbdən Azərbaycanda da koronavirusa qarşı vaksinin  3-cü - buster dozasının tətbiqinə qərar verilib.  

Bizim.Media xəbər verir ki, bu məlumat insanlarda bəzi suallar yaradıb. 

İnsanları maraqlandıran odur ki, 3-cü doza vaksin könüllü olacaqmı? Kimlərə 3-cü doza vaksin vurula bilməz? 

TƏBİB-in İnfeksion İşçi Qrupunun üzvü Turan İbrahimova “Yeni Müsavat”a açıqlamasında bu məsələyə ayınlıq gətirib: 

“Müxtəlif dünya ölkələrinin araşdırmaları nəticəsində COVİD- 19 virusuna qarşı buster doza, yəni qüvvətləndirici doza məsləhət görülür. ABŞ-da ilk buster dozadan altı ay keçmiş və 65 yaşdan yuxarı, həmçinin 18 yaşdan yuxarı olan və yan xəstəlikləri mövcud olan, yüksək risk şəraitində yaşayan və işləyən şəxslərə vurulması tövsiyə edilir.  

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətindən isə bildirilir ki, 50 yaşdan yuxarı insanlar, həmçinin 16 yaş üzəri və yüksək risk qrupları, yenə də həmçinin yüksək risk şəraitində yaşayan və işləyən şəxslər buster doza  qəbul edə bilərlər.  

İsraildə isə üçüncü doza 60 yaş üzəri vətəndaşlarla yanaşı, avqust ayından 12-16 yaşında olan insanlara da tətbiq edilməyə başlayıb.  

Kimlər üçüncü dozanı vurmalıdır? Biz peyvənd yaşını tamamlamış insanlara, həmçinin 60, yaxud 65 yaş üzəri insanlara, yüksək risk şəraitində yaşayan və işləyən insanlara üçüncü dozanın tətbiqini məsləhət görürük. Lakin üçüncü doza COVİD-19 peyvəndi yalnız istəyə əsasən, könüllü şəkildə tətbiq oluna bilər". 

TƏBİB rəsmisi deyib ki, əgər şəxs normal şəkildə birinci və ikinci dozasını alıbsa və şəxs peyvəndləmə yaş həddini də tamamlayıbsa, o zaman  istəyə əsasən könüllü olaraq üçüncü - buster dozanı da vurdura bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin