Əməkdar artist: “Prezident bizi görən kimi...” – Cəbrayıldakı GÖRÜŞÜN DETALLARI - FOTO

Hazırda oxunan: Əməkdar artist: “Prezident bizi görən kimi...” – Cəbrayıldakı GÖRÜŞÜN DETALLARI - FOTO

40825

Oktyabrın 4-ü Azərbaycan xalqının yaddaşında Cəbrayılnın düşmən tapdağından azad olunması kimi əbədi qalacaq. Cəbrayılın azad olunması Rəşadətli Ordumuza əlavə güc, inam verdi. Onların daha da əzmlə irəliləməsinə, düşmənin başını “Dəmir Yumruq” ilə əzməsinə səbəb oldu. Bu Qələbədən sonra şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra edərək bizi zəfərə apardı.

Cəbrayılın azad olunmasının 1 illiyi  münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə iştirak edən əməkdar artist İlkin Əhmədov təəssüratlarını Bizim.Media ilə bölüşüb.

Onun sözlərinə görə, bu tarixi görüşdə o, həm sevinc, həm də çox kövrək anlar yaşayıb:

"Torpaqda doğulub boya-başa-başa çatırsan, birdən xoşbəxt yaşadığın bir dövrdə qovulursan. Mən Cənab Prezidentlə görüşə çox kövrək hisslərə qatıldım. 8 yaşında erməni terrorçuları tərəfindən doğma kəndimdən  ac-susuz, acınacaqlı vəziyyətdə məcburən qovulmağımı xatırladım".

İlkin Əhmədov Dövlət Başçısı ilə görüşdə Cəbrayıl işğalda olduğu 28 ildə vaxt tapdıqca Horadizdən Cəbrayılın məşhur Qülləsinə, Ziyarət dağına həsrətlə baxdığını da kövrəkliklə yada salıb. 

Əməkdar artist olduqca sadə, səmimi insan olan, dəmir yumruqlu  Prezident İlham Əliyevlə görüşdə ifa etdiyi şikəstədən də danışıb.

"Prezident mənimlə Yaqut xanımı görən kimi bizə xüsusi diqqət yetirdi. Yaqut xanım musiqi ifa etdikdən sonra gözlərilə məni axtardı. Mən də onlara yaxınlaşdım. Dedi, sən də gözəl bir mahnl ifa et. Böyük həvəslə muğam üstündə bir mahnı ifa etdim. 

"Bu dağları almısınız siz,

Zəfər yolunu açmısınız siz,

Allaha çox şükürlər olsun

Cənab Ali Baş Komandan kimi

Qarabağda,Cəbrayılda

Azərbaycan Bayrağını asmısınız siz".

Əməkdar artist Cəbrayılda dövlət başçısı ilə keçən görüşün həm də dünyaya siyasi bir mesaj olduğunu da vurğulayıb.

"Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti və güclü siyasi uzaqgörənliyi və Azərbaycanın igid oğullarının qanı bahasına işğaldakı torpaqlarımızın 44 günlük tarixi müharibədə erməni vəhşiliyindən necə ustalıqla azad olunduğunu gördü. Bu İlham Əliyevin dünyaya göndərdiyi ən böyük bir mesaj idi. Biz bu gün möhtəşəm qələbəmizin sevincini yaşayırıq".

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin