Toyların başlaması yoluxmanı artıracaq - İNFEKSİONİST

Hazırda oxunan: Toyların başlaması yoluxmanı artıracaq - İNFEKSİONİST

40793

"Universitetlər, məktəblər, uşaq bağçaları açılıb. Məhərrəmlik bitəndən sonra isə toylar başlayacaq. Həmçinin də havalar soyuyub. Bunun müqabilində koronavirusa yoluxma hallarında artma müşahidə oluna bilər".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə yerli mətbuata açıqlamasında bildirib. 

"İndiyə qədər hansı tədbirlərdən istifadə etmişiksə, bundan sonra da həmin tədbirlər görülməlidir, profilaktik tədbirlərə əməl olunmalıdır. Əllər dezinfeksiya olunmalı, maska taxılmalı, sosial məsafə gözlənməlidir. Xüsusən qapalı yerlərdə ehtiyatlı olmaq lazımdır. Bir də vaksinasiya vacibdir".

MÖVZU İLƏ BAĞLI:

Baş infeksionist: "Məktəblərdə yoluxmaların artmaması üçün ciddi nəzarət olmalıdır"


Həkim həmçinin əhaliyə buster (3-cü) doza vurdurmağı tövsiyə edib:

"Tibb işçiləri, yaşı 65-dən yuxarı olanlar, risk qrupuna daxil olan şəxslər mütləq qaydada buster doza vurdurmalıdırlar. Hətta yaşı 65-dən aşağı olanlara da əgər yanaşı xəstəlikləri varsa, buster doza mütləq tətbiq olunmalıdır".

Qeyd edək ki, Azərbaycanda artıq bir neçə gündür koronavirusa yoluxma hallarında artım müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin