Hələlik Bakıda yollarımız buz bağlayıb, qara bürünməsədə son günlər ölkəmizdə hava şəraiti yağışlı keçir. Bəzi rayonlarda isə qar yağmağa başlayıb. Havanın dəyişkən və sərt keçməsi ilə əlaqədar biz vətəndaşlar xüsusilə qışda bir çox məqamalara hazır olmalıyıq. Necə deyərlər “altdan geyinib, üsdən də qıfıllanmalıyıq”.
Hələ biz sürücüyüksə avtomobilimizi də qışa hazırlamalıyıq. Xüsusilə də avtomobilin əsas hissəsi olan təkərləri sazlayıb mövsümə uyğun - qış rejiminə keçirtmək zəruridir. Hətta deyərdik ki, həyatımızın və avtomobilimizin təhlükəsizliyi üçün qış təkərlərinə keçid çox vacibdir.
Minik avtomobillərinin qış təkərləri ilə təmin olmasına təlabat artdıqca bazarda bir sıra işbazlar ortaya çıxır. Bu cür satıcıların qurbanı olmamaq üçün ekspertlər təklif və tövsiyələrini Bizim.Media-ya ilə bölüşüblər.
Təkər satışı ilə məşğul olan mütəxəssis Ülvi Hacıyev bildirir ki, sürücülər bu halda alverçilər tərəfindən aldadılır.
Birinci, qış təkəri 4 fəsil təkər adı ilə satırlar. Sonra ili köhnə olan təkəri yeni adla alıcılara “sırıyırlar”. Belə təkərlərdə müəyyən müddət sonra rezinin keyfiyyəti aşağı düşür. Və bu halda o təkərin qış mövsümü üçün performansı azalır. Sürücülərə məsləhət görürük ki, təkər alarkən satışda illərə təcrübəsi olan və eyni zamanda tanınmış markalara üz tutsunlar.
Təkərlərin qiymətindən danışan satış təmsilçisi deyir ki, yayda nisbətən qış təkərləri ucuz olur. Amma ümumilikdə qiymətin artıb-azalmağı təkər istehsal edən ölkədəki istehsal qiymətlərinin dəyişməsi ilə əlaqəlidir.
Satış təmsilçisi qış təkəri alarkən əsas diqqət ediləcək məqamları da açıqlayır:
“Rezinin keyfiyyətinə diqqət etmək gərəkir. Lazımdır ki, protektor tam qış olsun, (4 fəsil deyil). Hazırda ölkəmizdə rezin keyfiyyətinə görə, Türkiyənin təkərlərinə təlabat daha çoxdur. Bizim fırmada Türkiyənin 195.65.15 ölçüdə olan qış təkərinin qiyməti 86 manat, bu ölçüdə olan Çinin təkəri isə 75 manatdır. Müqayisə edəndə ciddi fərq yoxdur. Ona görə də Türkiyənin qış təkərlərini almaq məsləhətdir”.
Ekspert Ərşad Hüseynov isə mövsüm aylarında temperatur 5+ dərəcədən aşağıdırsa qış təkərlərinə keçmək mütləq olduğunu vurğulayır. Qarlı və yağışlı hava şəraitində avtomobildə qış təkərləri olmazsa, nəqliyyat vasitəsi yola yaxşı ilişmir. Belə vəziyyətdə isə yol nəqliyyat hadisəsi qaçılmaz olur.
Təkər alarkən sürüclər aldadılır...
Ərşad Hüseynovun sözlərinə görə, avtomobil nəqliyyatı haqda qanunumuzda deyilir ki, Azərbaycana istehsal olunan avtomobillər ehtiyat hissələri yanacaq-sürtkü materiallarının hamısı sertifikatlaşdırılmış olmalıdır. Ona görə də sertifikatı olmayan təkərlər və digər ehtiyat hissələri alamayın, əks halda aldanan siz olacaqsız:
“Bəzən əldə, bazarda təkərlər satırlar, onun belə sertifaktı olmalıdır. Təkər alarkən, istismar göstəricilərinə və markalarına fikir verilməlidir. Müddət keçəndə təkərin fiziki xassələri və istismar keyfiyyəti də dəyişir”.
Eskpert onu da təklif edir ki, sürücülər ikinci əl təkərləri almasınlar, çünki:
“Belə təkərlərdə gözlə görünə bilməyən deformasiyalar olur. Bəzən ucuz çıxmağı üçün sürücü ikinic əl qış təkəri alır. Bir düşünün, o təkər saz vəziyyətdə olsa onu niyə satsınlar ki?!”
Ərşad Hüseynov əlavə edir ki, Azərbaycanda minik avtomobili üçün təkər istehsal olunmur.
Yalnız məhdud sayda xüsus texnika təkərləri istehsal olunur. Eyni modelin ucuz satan firmadan və ya ölkədən təkər almayın. Əksinə avtomobilin markasına və istehsalçının tövsiyə etdiyi təkərləri almaq daha yaxşı olar”.
Ölkələrə gəldikdə isə:
“Avropa Ölkələrindən Filandiya, Almaniyanın istehsal etdikləri təkərlər baha olsa da ancaq keyfiyyətinə söz ola bilməz. Bu ölkənin istehsal etdiyi təkərin birinin qiyməti 300 -500 AZN aralığında dəyişir”.
Nəqliyyatın hərəkətinin təşkili üzrə ekspert Adil Nəbiyev isə Türkiyənin təkər firmalarının minik avtomobilləri üçün nəzərdə tutulan təkərləri almağı məsləhət görür:
“Türkiyə təkələrini aldıqda zəmanət də verilir. Zəmanət verilməyən isə Çinin ucuz və keyfiyyətsiz təkər firmalarıdır”.
Gülşanə Mustafayeva, Bizim.Media