“Azəriqaz” rəhbərindən vətəndaşlara MÜRACİƏT – “Qənaət edin” 

Hazırda oxunan: “Azəriqaz” rəhbərindən vətəndaşlara MÜRACİƏT – “Qənaət edin” 

0:00
0:00
40709

“Qazın sərfiyyatında oktyabr ayında ciddi fərq var. Bütün abonentlərə müraciət edirik ki, təbii qazdan daha qənaətlə istifadə etsinlər”. 

Bizim.Media xəbər verir ki, bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin sədri Ruslan Əliyev canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.

O, qazın sərfiyyatında 2, bəzi rayonlarda isə 3 dəfə fərq olduğunu bildirib: 

“Adi kombi avadanlığının ildə 2 dəfə təmizlənməməsi əlavə qaz sərfiyyatının artımına səbəb olur. Həmçinin el arasında dediyimiz “dördgöz”, adi qaz plitələrində də gözlüklərin təmizlənməməsi əlavə qaz sərfiyyatına gətirib çıxarır. Bu barədə “Azəriqaz”a istənilən müraciəti edə bilərsiniz. Sizə texniki dəstək ola bilərik”, - deyə qurum rəhbəri əlavə edib.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin